Gəncə və Samuxdakı zəhərlənmələrin səbəbi araşdırılır: lavaş şübhəsi

Gəncə və Samuxdakı zəhərlənmələrin səbəbi araşdırılır: lavaş şübhəsi

AQTA Gəncə və Samuxdakı zəhərlənmələrin səbəbini araşdırır

Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı baş verən qida zəhərlənmələri ilə bağlı araşdırmalar davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyulun 12-də Gəncədə 7 nəfərin, iyulun 14-də yenə Gəncədə 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb.

Aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin mərasimlərdə istifadə olunan qida məhsulları yoxlanılıb. Nəticədə hər üç hadisə üzrə ümumi risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.-

Araşdırmalar zamanı məlum olub ki, mərasimlərdə istifadə edilən lavaşların bir hissəsi qanunsuz şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb.

Hazırda həmin məhsullardan nümunələr götürülüb və laborator müayinələr aparılır. Eyni zamanda lavaşın hazırlanma şəraiti və istehsal prosesi ilə bağlı araşdırmalar davam etdirilir. Nəticələr açıqlanandan sonra əlavə məlumat veriləcək.

AQTA vətəndaşlara qida məhsullarını yalnız qeydiyyatdan keçmiş və təhlükəsizlik tələblərinə cavab verən istehsalçı və satış məntəqələrindən almağı tövsiyə edib. Mənşəyi bəlli olmayan və ev şəraitində hazırlanaraq satılan qidalardan istifadə etməmək tövsiyə olunur.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir