Edis 1 milyon dollarlıq villa aldı

Edis 1 milyon dollarlıq villa aldı

Edis qazancını daşınmaz əmlaka yatırdı: 1 milyon dollarlıq villa aldı

Türkiyənin məşhur müğənnisi Edis qazancını daşınmaz əmlaka yatırıb.

Türkiyə KİV-nin məlumatına görə, sənətçi İzmirin Çeşmə rayonunun Dalyan bölgəsində yerləşən lüks villa alıb.

Bildirilib ki, Edis dənizə yaxınlığı və Saqqız adasına açılan mənzərəsi ilə seçilən mülk üçün təxminən 1 milyon dollar ödəyib.

Məlumata görə, müğənni villanı aldıqdan sonra onun interyer dizaynı ilə də şəxsən məşğul olub. Evin dekorasiya işləri Edisin şəxsi zövqünə uyğun şəkildə hazırlanıb.

Sıx konsert qrafikindən sonra istirahət etmək üçün yeni villasından istifadə edəcəyi bildirilən sənətçinin yay aylarını da Çeşmədə keçirəcəyi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir