İranın bir neçə bölgəsində partlayış səsləri eşidilib.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışlar ölkənin mərkəzində yerləşən İsfahan və Şiraz şəhərlərində, həmçinin Hörmüz boğazına yaxın Bəndər Ləngə bölgəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, hadisələr müxtəlif vaxtlarda baş verib. Lakin partlayışların səbəbi, hədəfi və ya nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisələr ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Məlumatlara görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatlar davam edir. Bunun fonunda Tehran da bölgədə yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirdiyini bəyan edib.
İran rəsmilərinin hadisələrlə bağlı açıqlama verməsi gözlənilir. Hazırda partlayışların xarakteri və mümkün nəticələri ilə bağlı araşdırmalar davam edir.

