Xeberyerinde Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qeyri-adi hadisə yaşanıb. Təhlükəsizlik əməkdaşları həbsxanaya narkotik maddə keçirmək üçün istifadə olunduğu bildirilən pişiyi saxlayıblar. Müayinə zamanı heyvanın boynuna bağlanmış əl işi olan iki parça boyunbağının içərisində məhbuslar üçün nəzərdə tutulduğu iddia edilən qadağan olunmuş maddələr aşkarlanıb. Rəsmi məlumata əsasən, sübutlar götürüldükdən sonra pişik baytarlıq müayinəsindən keçirilib və ona heç bir zərər yetirilmədən sərbəst buraxılıb. Maraqlı hadisə qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə istifadəçinin diqqətini cəlb edib.



