Baş Prokurorluq: 6 ayda 8 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

Baş Prokurorluq: 6 ayda 8 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

2026-cı ilin ilk yarısında prokurorluq orqanlarında aparılan xidməti araşdırmalar zamanı intizam pozuntularına yol verdiyi müəyyən edilən 8 əməkdaş barəsində müvafiq tədbirlər görülüb

Bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş Kollegiya iclasında məlumat açıqlanıb.

Məlumata əsasən, intizam məsuliyyətinə cəlb olunan şəxslərdən 6-sına töhmət və ya şiddətli töhmət verilib. Daha 2 əməkdaş isə tutduğu vəzifədən kənarlaşdırılıb.

Kollegiya iclasında o da vurğulanıb ki, hesabat dövründə kadr siyasətinin daha səmərəli təşkili istiqamətində bir sıra addımlar atılıb. Nümunəvi xidmətlərinə görə 110 prokurorluq işçisi mükafatlandırılıb, həmçinin prokurorluq orqanlarına işə qəbul məqsədilə 30 vakant vəzifə üzrə 28-ci növbəti müsabiqə elan edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir