İraqın hava hücumundan müdafiə sistemləri ölkənin şimalında yerləşən Ərbil şəhərində pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Məlumata görə, hadisə İraq Kürd Muxtar Regionunun paytaxtı Ərbildə yerləşən ABŞ Baş Konsulluğunun yaxınlığında baş verib.
İlkin məlumatlarda PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilir. Hadisənin səbəbləri və pilotsuz aparatın mənsubiyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
İnsident nəticəsində dağıntı və ya xəsarət alanların olub-olmaması ilə bağlı da rəsmi məlumat açıqlanmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

