Xalq şairi Nəriman Həsənzadənin səhhətində yenidən ağırlaşma baş verib.
Bu barədə şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadənin vəziyyətində əvvəlcə müsbət dinamika müşahidə olunsa da, sonradan səhhəti yenidən pisləşib.
Bildirilib ki, vəziyyətinin ağırlaşması səbəbindən Xalq şairi yenidən süni tənəffüs aparatına qoşulub.
Hazırda həkimlər Nəriman Həsənzadənin müalicəsini davam etdirirlər.
Mənbə: APA

