Hafiz Paşayev boşanan əməkdaşlarına: “Boşanma məni açmır”

ADA Universitetinin rektoru Hafiz Paşayev məzunlarla görüş zamanı ailə dəyərləri və boşanmalarla bağlı fikirlərini bölüşüb.

Xebeyerinde xəbər verir ki, rektor universitetdə təhsil alaraq sonradan həmin ali məktəbdə işləməyə başlayan və burada ailə quran əməkdaşların olduğunu bildirib. O, belə münasibətləri müsbət qiymətləndirdiklərini desə də, sonradan baş verən boşanmaların onu məyus etdiyini vurğulayıb.

“Universitetimizə tələbə kimi gəlib, daha sonra burada işləməyə başlayan və elə burada da ailə quran əməkdaşlarımız var. Biz bunu hər zaman alqışlamışıq. Amma etiraf edim ki, onların bəzilərinin sonradan boşanması məni sevindirmir. Düşünürəm ki, universitetimiz insanlara bir-birini tanımaq və sevmək üçün gözəl mühit yaradıb. Mən də sizin yaşınızda olsaydım, yəqin ki, sevərdim. Lakin ailə qurmaq çox ciddi qərardır. Həyatda çətinliklər, mübahisələr olur. Əsas məsələ bunlara dözüb ailəni qorumaqdır. Mənim yaşımda olanda ailənizə, övladlarınıza və ən əsası həyat yoldaşınıza sadiq qalmağın nə qədər dəyərli olduğunu anlayacaqsınız”, – deyə Hafiz Paşayev bildirib.

Mənbə: Bakupost

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir