Üfunət, zibil və sahibsiz itlər: Lənkəranda sakinlər çıxılmaz vəziyyətdədir

Üfunət, zibil və sahibsiz itlər: Lənkəranda sakinlər çıxılmaz vəziyyətdədir

Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 6, 7 və 9 nömrəli binaların qarşısında məişət tullantılarının yığılması sakinlərin narazılığına səbəb olub.

Xeberyerinde-nin Cenublu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl eyni ərazi ilə bağlı yayımlanan videoreportajdan sonra aidiyyəti qurumlar ərazini tullantılardan təmizləmişdi. Lakin cəmi bir neçə gün sonra zibil vaxtında daşınmadığı üçün ərazi yenidən tullantılarla dolub.

Sakinlərin sözlərinə görə, yay fəslində ətrafa yayılan kəskin üfunət qoxusu səbəbindən mənzillərin pəncərələrini açmaq mümkün olmur. Gecə saatlarında isə zibil yığınının ətrafına toplaşan sahibsiz itlər həyət sakinlərinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Bundan başqa, məişət tullantıları üçün mişar daşından inşa edilən tullantı meydançasının bir hissəsi dağıldığından zibil ətrafa səpələnir və ərazidə antisanitar vəziyyət daha da ağırlaşır.

Şikayətçilər bildirirlər ki, problemin əsas səbəbi tullantıların vaxtında daşınmamasıdır. Onlar aidiyyəti qurumlardan əraziyə mütəmadi nəzarətin təmin olunmasını, zibil maşınlarının daha tez-tez cəlb edilməsini və tullantı meydançasının təmir olunmasını tələb edirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir