Popeyes-in ən böyük franşiza operatoru iflas etdi

Popeyes-in ən böyük franşiza operatoru iflas etdi

ABŞ-da Popeyes restoranlar şəbəkəsinin ən böyük franşiza operatorlarından olan Sailormen Inc. iflas prosesini başa çatdıraraq fəaliyyətini tam dayandırıb.

Məlumata görə, Florida Cənub Bölgəsi İflas Məhkəməsi şirkətin Orlando bölgəsində yerləşən son 23 restoranının SBH Foods PLK LLC şirkətinə 2,67 milyon dollar qarşılığında satılmasını təsdiqləyib.

Şirkət daha əvvəl restrukturizasiya çərçivəsində portfelindəki 97 restoranı müxtəlif şirkətlərə satıb, alıcı tapılmayan və zərərlə işləyən 39 filial isə bağlanıb.

1987-ci ildə 10 restoranla fəaliyyətə başlayan Sailormen Inc. ən güclü dövründə Florida və Corciya ştatlarında 136 Popeyes restoranını idarə edir və təxminən 2 900 nəfəri işlə təmin edirdi.

Artan borc yükü və maliyyə çətinlikləri səbəbindən şirkət 2026-cı ilin yanvarında ABŞ-ın Chapter 11 iflas proseduru üzrə məhkəməyə müraciət etmişdi.

Qeyd olunub ki, iflas yalnız Sailormen Inc. şirkətini əhatə edir və Popeyes Louisiana Kitchen brendi fəaliyyətini normal qaydada davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir