Prezidentin köməkçisi Şuşa həbsxanası ilə bağlı filmi paylaşıb-VİDEO

Prezidentin köməkçisi Şuşa həbsxanası ilə bağlı filmi paylaşıb-VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında Şuşa həbsxanasından bəhs edən sənədli filmi paylaşıb.

“Inside Shusha Prison: A Witness to Horror” adlı sənədli film “AnewZ” telekanalı tərəfindən hazırlanıb.

Filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitis Şuşa həbsxanasına baş çəkərək oranı işgəncə, aclıq və psixoloji terror məkanı kimi təsvir edir. O, dar kameraları, cəza otaqlarını və “divardakı tabut” adlandırılan yeri nümayiş etdirir, həmçinin keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrinə yer verir.

Jurnalist bildirir ki, həbsxananın divarları bu gün də burada yaşanan əzabların izlərini daşıyır və həmin mənzərə onu dərin düşüncələrə sövq edir.

Mənbə: Aznews

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir