Milli Hidrometeorologiya Xidməti iyulun 30-31-də ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xeberyerinde-nin əldə etdiyi məlumata görə, həmin ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Qeyd olunub ki, gözlənilən yağıntılar səbəbindən çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var.

