İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqust ayında keçiriləcək hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarıb.
Bildirilib ki, növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində təşkil olunacaq. Satışa çıxarılan nəqliyyat vasitələrinin istehsal ili 1973–2014-cü illəri əhatə edir.
Hərracın ən diqqətçəkən lotlarından biri isə 4 avqust tarixində start qiyməti 172 500 manat müəyyən edilən “Point Brower D” markalı gəmi olacaq.
Qeyd edək ki, iyulun 28-də keçirilən son hərracda 54 nəqliyyat vasitəsi satılıb.
Mənbə: Operativ media

