Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üzrə magistraturaya qəbul müsabiqəsinin nəticələrini açıqlayıb.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər magistraturaya qəbul olunub. Onlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc ediləcək.
Magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyənlər qəbul hüququnu itirəcək, boş qalan yerlərlə bağlı əlavə yerləşdirmənin vaxtı isə DİM tərəfindən daha sonra elan olunacaq.

