Goranboyda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.
Xəbəryerində xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib.
Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsm və xətt fənnini tədris edib. O, müəllimlərin sertifikasiya imtahanında uğur qazana bilməyib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: gəncəxəbər

