Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki ticarət günü ilə müqayisədə 6,97 ABŞ dolları və ya 7,64 faiz bahalaşaraq 98,19 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, ötən ticarət günündə “Azeri Light” markalı neftin bir bareli 91,22 ABŞ dollarına satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin indiyədək qeydə alınmış ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
2026-cı ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Qeyd edək ki, son dövrlərdə dünya bazarında neft qiymətləri geosiyasi proseslərin təsiri altında dəyişkənlik nümayiş etdirir.

