Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib.
Xeberyerinde Xəzərxəbər-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, ictimai təhlükəli nəticələrə səbəb ola biləcək yalan məlumatların yayımlandığı internet informasiya ehtiyatlarına və ya onların uyğun hissələrinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.
Bundan başqa, iqtisadi fəaliyyət sahəsində bəzi cinayətləri törətmiş və vurulmuş ziyanı tam ödəyən şəxslər, ziyanın əlavə olaraq 50 faizi həcmində dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə biləcəklər.
Qanunla qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı cəzalar da sərtləşdirilib. Bu əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə etməklə törədildiyi halda 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

