Bakı Qızlar Universiteti bağlandı: Nazirlik səbəbi açıqladı

Bakı Qızlar Universiteti bağlandı: Nazirlik səbəbi açıqladı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.

Xeberyerinde xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Akkreditasiya Şurasının iyulun 10-da keçirilən iclasında universitet üzrə institusional və proqram akkreditasiyasının yekun nəticəsi “uyğun deyil” kimi qiymətləndirilib. Qiymətləndirmə zamanı dövlət təhsil standartlarının və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar aşkar edildiyi üçün ali təhsil müəssisəsinin akkreditasiya olunmaması barədə qərar qəbul edilib.

Nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq universitetin təhsil fəaliyyətinin dayandırılması proseduruna başlanılıb. Bunun əsasında İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli sərəncamla Bakı Qızlar Universitetinə verilmiş lisenziyanı ləğv edib.

Nazirlik bildirib ki, universitetdə təhsil alan tələbələrin hüquqları qorunacaq və onların təhsillərinin fasiləsiz davam etdirilməsi üçün ixtisaslarına uyğun olaraq digər ali təhsil müəssisələrinə köçürülməsi təmin ediləcək.

Qeyd olunub ki, akkreditasiyanın əsas məqsədi ali təhsildə keyfiyyətin təmin olunması və tələbələrin hüquqlarının qorunmasıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir