Rusiyanın Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var

Rusiyanın Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var

Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində azı üç nəfər həlak olub, 15 nəfər yaralanıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, şəhər meri Vitali Kliçkonun məlumatına görə, hücum şənbə günü səhər saatlarında həyata keçirilib. Partlayış səsləri şəhərin müxtəlif hissələrində eşidilib.

Mərmilər Şevçenkivski və Solomyanski rayonlarında yaşayış binalarına ziyan vurub. Dağıntılar altında qalan sakinlərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.

Yaralananlar arasında 13 və 17 yaşlı iki yeniyetmə də var. Xəsarət alan 15 nəfərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücum nəticəsində Darnitski rayonunda anbarlarda yanğın baş verib, Holosiivski rayonunda isə raket qalıqları binaların üzərinə düşərək dağıntılara səbəb olub. Hadisə yerlərində xilasedicilər işləyir.

Qeyd olunur ki, son aylarda Rusiya Kiyevə raket hücumlarını intensivləşdirib. Ukrayna rəsmiləri bunu ölkənin ballistik raketlərə qarşı hava hücumundan müdafiə imkanlarının məhdud olması ilə əlaqələndirirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərdən əlavə hava hücumundan müdafiə sistemləri istəyir. O, həmçinin ABŞ ilə Patriot raketlərinin istehsalı üçün lisenziya verilməsi məsələsini müzakirə edir.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, bu məsələ ilə bağlı danışıqlar davam etsə də, Vaşinqton hələlik belə bir lisenziyanın verilməsi barədə qərar qəbul etməyib. Onun sözlərinə görə, bu cür texnologiyanın ötürülməsi ciddi ehtiyatla qiymətləndirilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir