Britaniyanın səfiri Bəxtiyar Vahabzadədənin şeirini səsləndirdi-VİDEO

Britaniyanın səfiri Bəxtiyar Vahabzadədənin şeirini səsləndirdi-VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, diplomat bununla bağlı “X” sosial şəbəkəsində videomüraciət yayımlayıb.

Səfir müraciətində Azərbaycan dilini xalqın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irs kimi dəyərləndirib.

“Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək”, – deyə Dunkan Norman bildirib.

Videomüraciətdə diplomat Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirindən də misralar səsləndirib.

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir