İlham Əliyev İsveçrə Prezidentini milli bayram münasibətilə təbrik edib

İlham Əliyev İsveçrə Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutterə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

Xeberyerinde Prezidentin Mətbuat Xidmətinə əsasən xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir