“10 minlik arpa işi” ilə bağlı məhkəmə qərarı açıqlandı

“10 minlik arpa işi” ilə bağlı məhkəmə qərarı açıqlandı

Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Xeberyerinde “Müsavat”a istinadən verdiyi məlumata görə, hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə icra başçısının şikayəti əsassız hesab olunaraq təmin edilməyib.

Şikayət Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradova qarşı verilmişdi. Asif Hüseynov onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edirdi.

Mübahisə 2022-ci ildə baş verdiyi iddia olunan 15 ton toxumluq arpanın alqı-satqısı ilə bağlıdır. Vüsal Muradovun sözlərinə görə, anası Səbirə Vəliyeva dəyəri 10 min 500 manat olan toxumluq arpanı icra başçısına nisyə satıb, lakin aradan üç ildən çox vaxt keçməsinə baxmayaraq, ödəniş edilməyib.

Məhkəmə icra başçısının kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı tələbini təmin etməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir