Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir:

“Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin.”

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə iyulun 31-də 95 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir