Krasnodarda PUA hücumu nəticəsində 6 nəfər həlak olub

Krasnodarda PUA hücumu nəticəsində 6 nəfər həlak olub

Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsinin çimərliyinə pilotsuz uçuş aparatı (PUA) hücumu edilib.

Hadisə nəticəsində 6 nəfər həlak olub, 47 nəfər yaralanıb. Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib, onların Gelencik, Tuapse və Qoryaçıy Klyuç şəhərlərindəki tibb müəssisələrinə çatdırıldığı bildirilib. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 4 nəfərin vəziyyəti ağırdır. 

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hücum zamanı çimərlik ərazisində və yaxınlıqdakı mülki infrastrukturda dağıntılar qeydə alınıb. Hadisə yerində təcili yardım, xilasedici və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. 

Rusiya Müdafiə Nazirliyi hücumun Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini iddia edib. Rusiya hava hücumundan müdafiə sistemlərinin bir sıra PUA-ları məhv etdiyi, onlardan birinin isə çimərlik ərazisinə düşərək partladığı bildirilib. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. 

Qeyd edək ki, bu hadisə son günlər Rusiyanın cənub bölgələrinə edilən ən qanlı PUA hücumlarından biri hesab olunur. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir