İspaniyanın Baş nazirlik Aparatının Milli Təhlükəsizlik Departamentinin (DSN) mətbuat xidmətində çalışan əməkdaş miqrantlarla bağlı paylaşım etdikdən sonra vəzifəsindən azad edilib.
Məlumata görə, məmur DSN-in rəsmi saytında Seuta şəhərinə 49 min qeyri-qanuni miqrantın daxil olduğunu əks etdirən məlumat yayıb.
Bildirilir ki, bu paylaşım Seutada qeyri-qanuni miqrasiya axınının miqyasını göstərən ilk rəsmi açıqlama kimi qiymətləndirilib.
Məlumat dərc edildikdən qısa müddət sonra əməkdaşın telefon vasitəsilə işdən çıxarıldığı, paylaşımın isə DSN-in rəsmi saytından silindiyi bildirilib.

