Müdafiə Naziri hərbi obyektin açılışında olub-VİDEO

Müdafiə Naziri hərbi obyektin açılışında olub-VİDEO

Xeberyerinde Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi infrastruktur obyektlərinə Müdafiə Nazirliyinin rəhbər heyəti baxış keçirib.

Məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun hərbi obyektlərin tikintisi davam etdirilir.

Bildirilib ki, respublikanın müxtəlif bölgələrində istifadəyə verilən 20-yə yaxın yeni hərbi obyektdə şəxsi heyətin xidməti və döyüş hazırlığı üçün bütün zəruri şərait yaradılıb.

Yeni inşa olunan obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana, su təchizatı sistemi və fasiləsiz enerji təminatı üçün generatorlar quraşdırılıb. Binalar həmçinin müasir kommunikasiya xətləri və yanğın əleyhinə siqnalizasiya sistemi ilə təchiz edilib.

Qeyd olunub ki, infrastruktur müasir avadanlıq, mebel və digər zəruri inventarlarla təmin edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hava Döyüş Komandanlığına hava məkanının etibarlı mühafizəsinin təmin edilməsi, eləcə də HHM bölmələrinin silahlanmasına yeni qəbul edilən texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi və döyüş şəraitində səmərəli tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir