Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki, Aprel döyüşlərinin iştirakçısı və Repressiya Muzeyinin rəisi Mehman Hacıyev vəfat edib.
Məlumata görə, 52 yaşlı Mehman Hacıyev ürəktutması nəticəsində dünyasını dəyişib.
Mehman Hacıyev uzun illər Dövlət Sərhəd Xidmətində xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və Vətən qarşısındakı xidmətləri ilə tanınıb.
Təqaüdə çıxdıqdan sonra Repressiya Muzeyinin rəisi kimi fəaliyyət göstərən Mehman Hacıyev tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində çalışıb.
Qeyd edək ki, Mehman Hacıyev tanınmış yazıçı və jurnalist Sabir Şahtaxtının qardaşıdır.
Mənbə: SİA

