İran Hörmüz boğazına nəzarəti ələ keçirə bilər

İran Hörmüz boğazına nəzarəti ələ keçirə bilər

İran və Oman arasında müzakirə olunan yeni razılaşma Tehranın Hörmüz boğazından Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət əldə etməsini nəzərdə tutur. Bu barədə Reuters agentliyi yüksək rütbəli iranlı mənbə və iki regional rəsmiyə istinadən məlumat yayıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, mümkün razılaşma İranla ABŞ arasında beş aydır davam edən müharibənin başa çatmasına töhfə verə bilər və Tehran üçün indiyədək əldə edilən ən böyük diplomatik güzəştlərdən biri hesab olunur.

ABŞ tərəfi bununla bağlı hələlik rəsmi açıqlama verməyib. Prezident Donald Tramp boğazın yenidən tam açılması ilə bağlı razılaşmanın yaxın olduğunu desə də, ABŞ rəsmiləri Vaşinqtonun İranın dünyanın ən mühüm enerji daşımaları marşrutuna nəzarət etməsinə icazə verməyəcəyini dəfələrlə bəyan ediblər.

Hazırda İran və Oman Hörmüz boğazı ilə bağlı ikitərəfli danışıqları davam etdirir. Tehran danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirir.

Eyni zamanda, İran Körfəz ölkələrini xəbərdar edib ki, ABŞ tərəfindən yeni hərbi hücum olacağı təqdirdə regiondakı kritik enerji infrastrukturuna cavab zərbələri endiriləcək. Reuters-in məlumatına görə, Tehran bununla Vaşinqtonun regional müttəfiqlərinə təzyiq göstərməyə çalışır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir