Azərbaycan neftinin qiyməti bahalaşdı – “Azeri Light” 88 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti bahalaşdı – “Azeri Light” 88 dollara yaxınlaşır

Dünya bazarında Azərbaycanın əsas ixrac nefti olan Azeri Light markalı neftin qiymətində artım qeydə alınıb.

Birja məlumatlarına əsasən, Azeri Light neftinin bir bareli 0,42 ABŞ dolları və ya 0,48 faiz bahalaşaraq 87,85 dollar təşkil edib.

Eyni zamanda, Brent markalı neftin oktyabr fyuçersləri də yüksələrək 0,92 dollar və ya 1,16 faiz artımla 80,37 dollara satılıb.

Neft məhsulları bazarında da dəyişikliklər müşahidə olunub. Benzinin qiyməti 0,85 faiz artaraq 2,863 dollar, istilik mazutunun (Heating Oil) qiyməti isə 0,42 faiz azalaraq 3,780 dollar olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir