Türkiyədə beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən balkonun bir hissəsi uçub.
Hadisə İstanbulda Akıncılar məhəlləsinin Üstün küçəsində baş verib. Naməlum səbəbdən balkonun bir hissəsinin çökməsi nəticəsində beton parçaları və dağıntılar binanın giriş hissəsinə düşüb.
Sakinlər binadan çıxarıldı
Dağıntıların yaratdığı səsdən sonra bina sakinləri öz imkanları ilə yaşayış yerini tərk ediblər.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis, tibbi yardım və bələdiyyə əməkdaşları göndərilib.
Bina möhürləndi
Ərazidə aparılan ilkin yoxlamalardan sonra təhlükəsizlik məqsədilə bina tamamilə boşaldılıb. Daha sonra binanın girişləri möhürlənib.
Ətraf əraziyə təhlükəsizlik məqsədilə baryerlər qoyulub. Balkonun hansı səbəbdən çökməsi ilə bağlı araşdırma aparılır.

