Xeber yerinde xəbər verir ki, avqustun 3-dən 9-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı 20 tank əleyhinə mina, 87 piyada əleyhinə mina və 784 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata görə, hesabat həftəsində ümumilikdə 1581 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
13 rayon və şəhərdə əməliyyatlar aparılıb
Minatəmizləmə işləri Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilib.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində aparılıb.
Mənbə: Report

