AQTA-dan qəssablara sərt xəbərdarlıq

AQTA-dan qəssablara sərt xəbərdarlıq

Azərbaycanda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti monitorinqlər aparılıb.

Xeber yerinde xəbər verir ki, AQTA-nın keçirdiyi qiymətləndirmə zamanı ölkə üzrə 84 kəsim məntəqəsi yoxlanılıb. Onlardan 27-nin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş, 47-nin vəziyyəti qismən qənaətbəxş, 10 məntəqənin vəziyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib.

Tələbləri pozan sahibkarlara müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib. AQTA bildirib ki, verilən müddət ərzində kəsim məntəqələrini müvafiq standartlara uyğunlaşdırmayan və qanunvericiliyin tələblərini pozmağa davam edən obyektlərin fəaliyyəti dayandırılacaq.

Monitorinq nəticələrinə əsasən, ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi yoxdur və ya fəaliyyət göstərmir. Agentlik bunun qanunsuz kəsim riskini artırdığını və heyvanların identifikasiyası və izlənməsi prosesinə maneə yaratdığını qeyd edib.

AQTA sahibkarları həmin ərazilərdə müasir tələblərə cavab verən kəsim məntəqələri yaratmağa çağırıb və bu istiqamətdə metodiki, təşkilati və texniki dəstək göstərməyə hazır olduğunu bildirib.

Hazırda ölkə üzrə 98 kəsim məntəqəsi mövcuddur. Onlardan 84-ü fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir