Suraxanı rayonunda evlərdən birində oğurluq hadisəsi baş verib.
“Xeber yerinde” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Rayon sakini polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının aparıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 42 yaşlı V.Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun hadisəni həmin evdə usta kimi çalışdığı vaxt törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

