2026-cı ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artıb.
Xeber Yerinde xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər 12,4%, təkrar mənzil bazarında isə 8,6% yüksəlib.
Bununla yanaşı, 2026-cı ilin iyun ayında kirayə mənzillər üzrə icarə haqları da artıb. Belə ki, icarəçi tərəfindən ödənilən icarə haqları illik müqayisədə 7,4%, aylıq müqayisədə isə 0,3% bahalaşıb.
Beləliklə, həm mənzil alqı-satqısı, həm də kirayə bazarında qiymət artımı müşahidə olunub.

