Keçmiş deputat Rusiyada kola biznesi qurmaq istəyərkən 50 min manatını itirdi

Keçmiş deputat Rusiyada kola biznesi qurmaq istəyərkən 50 min manatını itirdi

Milli Məclisin əvvəlki çağırışında deputat olmuş Elşad Mirbəşiroğlu Rusiyada biznes qurmaq istəyərkən dələduzluqla üzləşdiyini bildirib.

Xeber Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, əldə olunan məlumata görə, siyasətçi Moskvadakı məşhur “Food City” bazarında buzlu kola satışı biznesi yaratmaq məqsədilə 50 min manat pul verib.

İddialara görə, biznesin təşkilini logistika sahəsində çalışan Gülnar Soltanova üzərinə götürüb. Lakin sonradan vəd edilən biznes reallaşmayıb, verilən pul isə geri qaytarılmayıb.

Vəkil də eyni biznes üçün 210 min manat verib

Məlumata görə, eyni şəxsdən şikayət edən digər zərərçəkən tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Nizami İbrahimovdur.

O da Moskvada kola biznesi qurmaq məqsədilə Gülnar Soltanovaya 210 min manat verdiyini bildirib. Lakin onun da biznes planının həyata keçirilmədiyi və vəsaitinin geri qaytarılmadığı qeyd olunur.

Zərərçəkənlər pullarının qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Qadın barəsində cinayət işi açılıb

Şikayətlər əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham irəli sürülüb və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

İbtidai istintaqın hazırda davam etdiyi, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyinin isə məlum olmadığı bildirilir.

Qeyd edək ki, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu ikinci dəfə deputat seçilməyib. O, son günlər işsiz qalması ilə də gündəmə gəlib. Mirbəşiroğlunun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətinə son verilib və iki ildir işsizdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir