Yanğın təhlükəsi yaradan ərazilər təmizləndi – FHN-dən geniş əməliyyat

Yanğın təhlükəsi yaradan ərazilər təmizləndi – FHN-dən geniş əməliyyat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirləri davam etdirir.

Xeber Yerində xəbər verir ki, aparılan tədbirlər çərçivəsində yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının toplandığı ərazilərin təmizlənməsi həyata keçirilib.

Bakıdan bölgələrə qədər geniş ərazi əhatə olunub

FHN-in məlumatına görə, təmizlik işləri Bakı şəhərinin Səbail, Xətai və Xəzər rayonlarında, həmçinin Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda aparılıb.

Bundan əlavə, Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonunun Masazır qəsəbəsindən keçən hissəsində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun Saatlı rayonunun Bəylər kəndi ərazisində yol kənarları da təmizlənib.

Qax rayonunun Ləkit kəndində meşəətrafı ərazilərdə, eləcə də Masallı, Bərdə, Ağcabədi, Biləsuvar, Sabirabad, Neftçala, Balakən, Ağdaş, İsmayıllı, Qəbələ, Şəki, Yevlax və Quba rayonlarında müxtəlif ünvanlarda analoji tədbirlər görülüb.

FHN-dən bildirilib ki, bu cür ərazilərin vaxtında təmizlənməsi yanğınların baş verməsi və yayılması riskinin azaldılmasına xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir