Türkiyənin Yalova vilayətində Hərbi Hava Qüvvələrinə məxsus F-16 tipli qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
“Xeber yerinde” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı pilot təyyarədən atılaraq xilas olub.
Nazirliyin açıqlamasında bildirilib ki, qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək.
Hadisənin Yalovanın Çiftlikköy rayonunda, 18-ci Ana Jet Bazası yaxınlığında baş verdiyi barədə məlumat yayılıb. Hadisə yerindən havaya qalxan qara tüstünün görüntüləri də yayılıb.
Pilotun vəziyyəti ilə bağlı ilkin məlumatlarda onun xilas olduğu bildirilsə də, qəzanın başvermə səbəbi hələlik məlum deyil.

