Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeber Yerinde APA-ya istinadən xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1991-ci il təvəllüdlü A. Sadıqovu vurub.
Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

