Şəkidə güclü sel suları dağlıq ərazilərdə bir sıra fəsadlara səbəb olub.
Xeber Yerinde Xezerxeber.az-a istinadən xəbər verir ki, sel sularının artması və istiqamətinin dəyişməsi nəticəsində dağlardan lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə aparan avtomobil yoluna tökülüb.
Nəticədə yolun bəzi hissələrində nəqliyyatın hərəkəti çətinləşib və fasilələr yaranıb.
Əraziyə ağır texnika cəlb olunaraq yolun lil və çınqıldan təmizlənməsi istiqamətində işlər görülüb. Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti bərpa edilib.
Fövqəladə hallar komissiyasının məlumatına görə, sel sularının yaşayış məntəqələrinə ziyan vurmasının qarşısı alınıb.

