Pensiya gözləyənlərə ŞAD XƏBƏR: Yeni təklif gündəmdə

Pensiya gözləyənlərə ŞAD XƏBƏR: Yeni təklif gündəmdə

Azərbaycanda pensiya kapitalı ilə bağlı yeni təklif irəli sürülüb. Təklifə əsasən, minimum pensiya kapitalına yaxın məbləğ toplayan vətəndaşların pensiya və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladıqları kapitalın nəzərə alınması mümkündür.

Xeber Yerinde News24.az-a istinadən xəbər verir ki, 2026-cı ildə vətəndaşların fərdi şəxsi hesablarında olan pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ üçün tələb olunan minimum pensiya kapitalı isə 46 080 manatdır.

Məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov bildirib ki, pensiya kapitalı vətəndaşın gələcək pensiyasının hesablanmasında əsas göstəricilərdən biridir.

Onun sözlərinə görə, hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan nəticə vətəndaşın pensiyasının müəyyənləşdirilməsində istifadə edilir.

Deputat qeyd edib ki, minimum pensiya hazırda 320 manat təşkil edir. Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat müəyyənləşir.

Vüqar Bayramov bildirib ki, 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan şəxslər əmək pensiyası almaq hüququ əldə edirlər. Eyni zamanda, 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslər üçün də əmək pensiyası almaq imkanı yaradılıb.

Deputat minimum pensiya kapitalını toplaya bilməyən vətəndaşlarla bağlı diferensial yanaşmanın tətbiq edilməsini təklif edib.

O bildirib ki, pensiya kapitalı tələb olunan minimum həddə yaxın olan şəxslərin pensiyası və ya onlara veriləcək ödənişlər hesablanarkən onların faktiki topladığı məbləğ də nəzərə alına bilər.

Bayramov əlavə edib ki, pensiya məbləğinin hesablanması əsasən toplanan kapitala əsaslanır. Minimum pensiyanın artırılması isə öz növbəsində tələb olunan minimum pensiya kapitalının məbləğinə də təsir göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir