Moskvaya gecə hücumu: 600 PUA, iri anbarlar alovlandı

Moskvaya gecə hücumu: 600 PUA, iri anbarlar alovlandı

Xəbər Yerində Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, axşam saatlarından avqustun 16-sı səhər saat 06:30-dək Moskva istiqamətində 600 PUA uçub, onlardan 201-i Moskva vilayəti ərazisində məhv edilib.

Hücumlar fonunda Podolsk şəhəri yaxınlığındakı Kolodino sənaye parkında yerləşən “Wildberries” şirkətinin böyük logistika kompleksində yanğın baş verib. Rusiya mənbələri obyektin şirkətin ən iri anbarlarından biri olduğunu bildirir. Hadisə zamanı əməkdaşların sığınacağa təxliyə edildiyi və ilkin məlumata görə, anbarda xəsarət alan olmadığı qeyd olunur.

Bundan başqa, Moskva vilayətinin

rayonunda da logistika obyektlərindən birində yanğın baş verdiyi bildirilir.

Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində Moskva ətrafında üç nəfər xəsarət alıb. Hadisələrin digər nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir