Xəbər Yerində Unikala istinadən xəbər verir ki, iyulun 30-da Xətai rayonunda, “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.
1991-ci il təvəllüdlü Orxan Yusubov “Seaside estate” şirkətinin rəhbəri olub.
Mərhumun qardaşı Elcan Yusubovun sözlərinə görə, qətldə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov Orxan Yusubovun keçmiş işçisi olub. Tərəflər arasında yaranan narazılıqdan sonra əməkdaşlıq başa çatıb.
Bundan sonra Sabir Camalov özünün “Sabir Əmlak” adlı şirkətini qurub. Hadisədən sonra qaçan Camalov polis tərəfindən saxlanılıb.

