Xəbər Yerində xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Ermənistana həyata keçirilən ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.
Ermənistandan ilk dəfə məhsul idxal edildi
Azərbaycan cari ilin mart ayında ilk dəfə Ermənistandan məhsul idxal edib. Həmin ay Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul gətirilib.
İyul ayında isə Ermənistandan Azərbaycana məhsul idxalı qeydə alınmayıb.
Beləliklə, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan-Ermənistan ticarət dövriyyəsində əsas göstərici Azərbaycanın Ermənistana həyata keçirdiyi 17,37 milyon dollarlıq ixrac olub.
Mənbə: Modern.az

