Azərbaycan 3 rusiyalı jurnalist barədə həbs qərarı çıxardı

Azərbaycan 3 rusiyalı jurnalist barədə həbs qərarı çıxardı

Baş Prokurorluq Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması, eləcə də terrorçuluğa açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaqı davam etdirir.

İstintaq zamanı Rusiyanın “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, həmçinin jurnalist və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin Azərbaycan əleyhinə zorakı çağırışlar səsləndirdikləri müəyyən edilib.

Baş Prokurorluğun məlumatına görə, həmin şəxslər iyulun 14-də və avqustun 13-də “YouTube” platformasında yayımlanan verilişlərdə Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn fikirlər səsləndiriblər. Avqustun 13-də yayımlanan verilişdə isə ayrı-ayrı şəxslərin fiziki məhv edilməsi ilə bağlı çağırışların olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Uralov, Knyazev və Çadayev təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlar Azərbaycan ərazisindən kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq onların tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək saxlanılması və Azərbaycana təqdim olunması üçün aidiyyəti qurumlara müraciət edib. Həmçinin şəxslərin “İnterpol” kanalları ilə beynəlxalq axtarışının təşkili istiqamətində tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir