Elçin Quliyev hərbçilərə orden və medallar təqdim edib-FOTO

Elçin Quliyev hərbçilərə orden və medallar təqdim edib-FOTO

DSX rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbir Dövlət Sərhəd Xidməti tərəfindən təşkil olunub.

Elçin Quliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ali hərbi rütbələrə və dövlət təltiflərinə layiq görülən hərbi qulluqçuları təbrik edib, onlara orden və medallarını təqdim edib.

Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ilə bağlı tədbirlər avqustun 18-də keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir