Bakıda burun əməliyyatı keçirdikdən sonra ağır vəziyyətə düşən 34 yaşlı Nigar Budaqlı vəfat edib.
Xəbər Yerində News24.az-a istinadən bildirir ki, hadisə ötən ilin aprelində “MedAura” Klinikasında baş verib. Nigar Budaqlı burada rinoplastika əməliyyatı olunub. Cərrahi müdaxilədən sonra onun səhhətində ciddi problemlər yaranıb və qadın iflic vəziyyətinə düşüb.
Uzun müddət müalicə olunan Nigar Budaqlı ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, qadının əməliyyatdan sonra komaya düşməsi və iflic olması barədə daha əvvəl də məlumat yayılmışdı.
Məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsində cinayət işinə baxılıb və hökm elan edilib. Məhkəmənin qərarı ilə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli biliniblər.
Hər iki həkim 3 il müddətinə azadlıqdan məhrum edilib, eyni zamanda 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüquqlarından məhrum olunublar.



