“Ədəbli dondurmacı” “Çılğın dondurmacı”ya meydan oxudu – Tarqovuda izdiham-VİDEO

“Ədəbli dondurmacı” “Çılğın dondurmacı”ya  meydan oxudu – Tarqovuda izdiham-VİDEO

Bakının Tarqovusu kimi tanınan Nizami küçəsində maraqlı görüntülər yaşanıb.

Özünü “Ədəbli dondurmacı” adlandıran şəxs “Çılğın dondurmacı”ya meydan oxuyaraq öz fərqli təqdimatını nümayiş etdirib. O, dondurma satışını milli üslubda təqdim edib.

Milli musiqi sədaları altında ətrafdakı insanlar rəqs edərək əylənib. Küçədə yaranan rəngarəng görüntülər həm yerli sakinlərin, həm də ərazidən keçənlərin diqqətini çəkib. Tarqovu qısa müddət ərzində rəqs edən insanların yaratdığı şən ab-hava ilə canlanıb.

Qeyd edək ki, son vaxtlar “Çılğın dondurmacı”nın nümayiş etdirdiyi rəqs və şou formatı sosial şəbəkələrdə də müzakirələrə səbəb olur. Onun təqdimat tərzi ölkədə bir çox insan tərəfindən birmənalı qarşılanmır. Bəzi şəxslər həmin rəqsləri və davranışları milli mentalitetə uyğun hesab etmədiklərini bildirərək etirazlarını ifadə edirlər.

Bu baxımdan “Ədəbli dondurmacı”nın milli musiqi və milli üslub üzərində qurduğu təqdimat fərqli yanaşma kimi diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir