Ukrayna ötən gecə Rusiyanın Krasnodar vilayətində yerləşən Yeysk limanına dronlarla hücum edib.
Xəbər Yerində xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı bir gəmi zərər görüb.
Məlumata görə, PUA hücumları liman ərazisində genişmiqyaslı yanğına səbəb olub.
Bununla yanaşı, Rusiya ordusu ötən gecə Ukrayna ərazisinə genişmiqyaslı zərbələr endirib. Hücumların əsas hədəflərinin Kiyev və Odessa olduğu bildirilir.
Rusiya qüvvələrinin zərbələr zamanı “Banderol” tipli PUA-lardan və “İskəndər-M” raketlərindən istifadə etdiyi qeyd olunur. Ümumilikdə Ukraynanın 50-dən çox nöqtəsinin atəşə tutulduğu bildirilib.
Kiyevdə dəmiryoluna ballistik raketlə endirilən zərbə nəticəsində isə bir nəfər həyatını itirib.

