Bu rayonlarda statistika idarələri rəis gözləyir

Bu rayonlarda statistika idarələri rəis gözləyir

Dövlət Statistika Komitəsinin (DSK) 11 yerli statistika idarəsində rəhbər vəzifələr hazırda boşdur.

Xəbər Yerində “Ölkə.az”a istinadən xəbər verir ki, vakant olan idarələr Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur və Culfa rayon, eləcə də Mingəçevir şəhər statistika idarələridir.

Məsələ ilə bağlı DSK-ya sorğu göndərilib. Komitədən bildirilib ki, Şərur və Culfa rayon statistika idarələrinin rəislərinin təyinatı Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin səlahiyyətindədir.

Qeyd olunub ki, DSK-nın tabeliyində olan Quba və Şabran rayon, həmçinin Mingəçevir şəhər statistika idarələrində rəhbər vəzifələr son üç ay ərzində vakant olub. Bu vəzifələrdən ikisinin əvvəlki rəhbərlərin təqaüdə çıxması, digərinin isə rəhbərin vəfat etməsi səbəbindən boşaldığı bildirilib.

Xocavənd Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə isə namizəd seçilməsi üçün artıq ümumi müsahibə elan edilib.

Komitədən əlavə edilib ki, inzibati dövlət qulluğu vəzifələrinə təyinatlar “Dövlət qulluğu haqqında” qanunvericiliyə uyğun olaraq müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Müvafiq müsabiqə və müsahibələr Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur.

Təyinatların konkret vaxtı isə keçiriləcək prosedurların gedişindən və nəticələrindən asılı olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir