ABŞ-də uğursuz edamdan sonra yüksək vəzifəli məmur istefa verdi – VİDEO

ABŞ-də uğursuz edamdan sonra yüksək vəzifəli məmur istefa verdi – VİDEO

“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ-nin Tennessi ştatında məhbus Krista Paykın edamının uğursuz başa çatmasından sonra Tennessi İslahatlar Departamentinin (TDOC) komissarı Frank Strada vəzifəsindən istefa verib.

Təxminən 200 ildən sonra Tennessi ştatında ölümcül iynə ilə edam edilməli olan ilk qadın məhbusun ötən həftə planlaşdırılan edamı baş tutmayıb. Payka iki doza ölümcül dərman verilsə də, o, sağ qalıb.

Strada istefasının dövlətin maraqlarına uyğun olduğunu bildirib. O, hadisə ilə bağlı aparılan araşdırmanı “tamamilə uyğun və zəruri” adlandırıb.

Tennessi qubernatoru Bill Li isə Stradanın vəzifəsini vicdanla yerinə yetirdiyini deyib:

“Komissar Strada öz vəzifələrini vicdanla yerinə yetirib. Bu çətin dövrdə Tennessi xalqının maraqlarını birinci yerə qoymaq istəyini yüksək qiymətləndirirəm”.

Edamdan sonra reanimasiyaya yerləşdirilib

Rəsmilər Krista Paykın edamının yenidən həyata keçirilib-keçirilməyəcəyi barədə hələlik açıqlama verməyiblər.

50 yaşlı Krista Payk 1996-cı ildə sevgilisi Tadaril Şipplə birlikdə 19 yaşlı Kollin Slemmeri işgəncə verərək öldürməkdə təqsirli bilinib. Payk və Şipp 1995-ci ildə problemli gənclər üçün təşkil olunan təlim düşərgəsində tanış olublar.

Paykın edamı Neşvildə yerləşən Riverbend Maksimum Təhlükəsizlik Həbsxanasında ötən çərşənbə günü, yerli vaxtla saat 20:00-da həyata keçirilməli idi.

Lakin ona iki doza ölümcül dərman verilməsinə baxmayaraq, məhbus ölməyib. Müdafiə vəkillərinin sözlərinə görə, Payk huşunu itirsə də, nəbzi döyünüb və nəfəs alıb.

Uğursuz edam cəhdindən sonra o, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir